Dəməşqdə fələstinli əsirlərlə həmrəylik aksiyası
-
Dəməşqdə fələstinli əsirlərlə həmrəylik aksiyası
Suriyalı, fələstinli və bəzi digər müsəlman ölkələrin vətəndaşları fələstinli əsirlərlə həmrəylik əlaməti olaraq Dəməşqdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi qarşısında aksiya keçirib.
İRNA-nın verdiyi məlumata görə, Bu gün baş tutan aksiyada iştirakçılar aclıq elan etmiş fələstinli əsirlərlə həmrəy olduqlarını vurğulayıblar.
Aksiyaçılar müqavimətin davam etməsi, əsirlərin azadlığa buraxılması və Fələstinin eləcə də digər müsəlman ölkələrin işğal olunmuş torpaqlarının sionist rejimin caynaqlarından azad edilməsini istəyiblər.
Aksiya iştirakçıları müsəlman ölkələrdən, beynəlxalq qurumlardan və hüquq müdafiə təşkilatlarından Fələstin xalqı və əsirləri qarşısında öz insani və qanuni vəzifələrini yerinə yetirmələrini tələb ediblər.
Aksiyaçılar həmçinin terrorizm ilə və bəzi qərb və ərəb ölkələrinin məkirli planları ilə mübarizədə Suriya dövləti və xalqının kənarında duracaqlarını vurğulayıblar.
Fələstinli əsirlər 2017-ci il 17 aprel fələstinli əsirlər günündən sionist rejimin irqçi siyasətlərinə etiraz əlaməti olaraq "azadlıq və kəramət" şüarı ilə aclıq aksiyasına başlayıblar.