Livanlı qruplar fələstinli məhbusları dəstəkləyib
Fələstinli məhbuslarla həmrəylik tədbiri Livan paytaxtı Beyrutda müxtəlif sünni qrupları tərəfindən təşkil olunub.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, İslam Tövhidi Cəmiyyəti, Müqavimətə Dəstək Sünni Şurası, İslah, Vəhdət və Ümmət Hərəkatları tərəfindən Beyrutda keçirilən sionist rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli məhbuslara dəstək tədbirində sünni alimləri fələstinli məhbusların hərtərəfli dəstəklənməsinin vacibliyini vurğulayıblar.
Sionist rejimin fələstinlilərin aclıq aksiyasını davam etdirməsindən qorxuya düşdüyünü bəyan edən sünni alimləri bildiriblər: Məhbusların bu hərəkəti işğalçılıq və sionist rejimin cinayətləri əleyhinə Fələstinin cihad tarixində aydın bir perspektiv hesab olunur.
Fələstinli məhbuslarla həmrəylik tədbirinin iştirakçıları Fələstinin azadlığı və qələbəsinə qədər cihad və müqavimətin əhəmiyyətini qeyd ediblər: Beytül-Müqəddəs və Fələstindəki qanlı yaralar müsəlmana Fələstinə dəstək və sionist rejimin cinayətlərini pisləmək istiqamətində hərəkət etməyi vacib edib.
Sünni alimləri sionist rejim həbsxanalarında fələstinli məhbusların durumunun ağır olduğunu bildirib və ərəb rejimlərini daha da həyasızlaşmış sionist düşmənlə əlaqələrə yenidən baxmağa çağırıblar.
Fələstinli əsirlər 17 apreldən Fələstinli Əsirlər Günü ilə yanaşı sionist rejimin irqçilik siyasət və davranışlarına etiraz olaraq Azadlıq və Kəramət şüarı altında aclıq aksiyasına başlayıblar.