İraq rəsmisi: Mosulun qərbinin 89 faizi azad edilib
Mosulun azad edilməsi əməliyyatının müştərək qərargahının sözçüsü Mosulun qərb hissəsinin 89 faizinin azad edildiyini və bu əməliyyata start verildiyi gündən indiyədək 16 min İŞİD terrorçusunun öldürüldüyünü deyib.
İRNA-nın verdiyi məlumata görə, Mosulun azad edilməsi əməliyyatının müştərək qərargahının sözçüsü General Mayor Yəhya Rəsul bu gün İraqın Daxili İşlər və müdafiə Nazirliklərinin və İraqın müttəfiqlərinin sözçüləri ilə müştərək mətbuat konfransında etdiyi çıxışında deyib: Mosulun şərq hissəsi 100 faiz , qərb hissəsi isə 89 faiz azad edilib və Mosul əməliyyatı son mərhələrini keçirməkdədir.
Yəhya Rəsul deyib: 2016-cı il oktyabrın 17-dən etibarən başladılan Mosulun azad ediməsi əməliyyatında bu günədək 16 min 467 İŞİD terrorçusu məhv edilib.
Mosulun azad edilməsi əməliyyatının müştərək qərargahının sözçüsü deyib: İraqın silahlı qüvvələri dünən Mosulun 19 təmuz məhəlləsinə girməyə başlayıblar və bu məhəllənin böyük hissəsinə nəzarəti təmin ediblər.