Fələstinli vəkillər BQXK-nin ofisi önündə piket keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i269548-fələstinli_vəkillər_bqxk_nin_ofisi_önündə_piket_keçiriblər
Fələstinli vəkillər qərb sahilində yerləşən Ramullah şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisi önünə toplaşaraq, bu beynəlxalq orqanın fələstinli əsirlərin vəziyyətinə baxmasını istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2017 15:08 Asia/Baku
  • Fələstinli vəkillər BQXK-nin ofisi önündə piket keçiriblər

Fələstinli vəkillər qərb sahilində yerləşən Ramullah şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisi önünə toplaşaraq, bu beynəlxalq orqanın fələstinli əsirlərin vəziyyətinə baxmasını istəyiblər.

Fələstinli vəkillər əllərində plakatlar tutub, şüarlar verərək, Beynəlxalq Qızıl Xaç Komitəsindən istəyiblər ki, gec olmamışdan öncə sionist rejim məhbəslərində saxlanılan fələstinli əsirlər, xüsusən aclıq keçirən əsirlərin nicatı üçün bir addım atsın.

Fələstinli əsirlərin ailələri də bu vəkillərin kənarında aksiya keçiriblər. Onlar  Beynəlxalq Qızıl Xaç Komitəsindən istəyiblər ki, bu ailələrin fələstinli əsirlərlə görüşlərinə zəmin yaratsın. 

Təqribən 1700 fələstinli əsir aprelin 17-dən "azadlıq və ləyaqət!" şüarı ilə aksiyaya başlayıb. Aksiyada məqsəd, sionist rejimin rasist siyasət və rəftarlarına etirazdır.

Fərdi və idarə həbslərinə son qoyulması, fələstinli əsirlərin öz ailələrilə əlaqə imkanları, həmçinin xəstə əsirlərin müalicəsinə diqqət əsirlərin öz aclıq aksiyalarına son qoymaq üzrə şərtələrindəndir.