Ər-Riyad iclasının nəticəsi; ABŞ 400 milyad dollar bac aldı
İraqın Əl-Həşədüş-Şəəbi qüvvələrinin 17-ci diviziyasının komandanı deyib: Ər-Riyad iclasının yeganə nəticəsi Amerikanın səudiyyə rejimindən 400 milyard dollar bac alması oldu.
Əl-Qəyrəvan istiqamətində terrorçu İŞİD qrupu ilə savaşda olan Əbu Kazım Əl-Məyahi bu gün İRNA-ya deyib: Ər-Riyad iclası Səudiyyə Ərəbistanından bac almaq üzərində planlaşdırılmışdı və icra da oldu.
Əl-Məyahi deyib: Düşmənlərini region üçün bütün planları artıq aşkar şəkildə həyata keçirilir və hamı Amerikanın regiondakı prioritetinin qəsbkar İsrail rejimini himayə olduğunu bilir.
İraqlı ekspertlər də bu qənaəttədirlər ki, Amerika boş vədlərlə Ali-Səud rejimindən 400 milyard dollar qopardı. Ona görə ki, bu rejim büdcə kəsri ilə iflasa daha da yaxınlaşsın.
ABŞ prezidenti Donald Tramp dünən Ər-Riyad iclasında iştirak etdi. Tramp bu gün işğal olunmuş Fələstinə daxil oldu.