Həmas: Mahmud Abbasın Trampla razılaşması müqavimət üçün icrası zəruri deyil
Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasın Beyt-Ləhmdə ABŞ prezidenti Donald Trampla görüşünün ardınca, Fələstin İslam Müqaviməti Hərəkatı Həmasın rəhbərlərindən biri bu görüşdə əldə olunan istənilən razılaşmanın icrasının qeyri-zəruri olduğunu bildirib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Həmas Hərəkatının əsas üzvlərindən İsmayıl Rizvan Fələstinin tam azad olunmasına qədər müqavimətin davam etməsini vurğulayıb və bütün fələstinli qruplarından Trampın son açıqlamasından sonra daha yüksək səviyyədə müqaviməti dəstəkləmələrini istəyib.
Müqaviməti hədəfə almaq üçün bölgədəki məkrli planlara toxunan İsmayıl Rizvan bəzi region ölkələri tərəfindən İsrailə qanuniliyin verilməsi haqda xəbərdarlıq edib.
Fələstin İslam Cihadı Hərəkatının rəhbərlərindən Əhməd Müdəlləl də çərşənbə axşamı günü açıqlamasında Qəzzədə fələstinli qrupların Trampın işğal olunmuş Fələstinə səfərinə etiraz edib: Müqavimət heç vaxt ABŞ və sionist rejimin Fələstin xalqına qarşı təcavüz və cinayətlərinin təsiri altına düşməyəcək.
Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas çərşənbə axşamı günü ABŞ prezidenti Donald Trampla Beyt-Ləhmdə görüşərək danışıqlar aparıb.