Məscidül-Əqsa mühasirəyə alınıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272640-məscidül_Əqsa_mühasirəyə_alınıb
Sionist rejim hərbçiləri bu gün Məscidül-Əqsanın girişlərini bağlayıblar və bu məscidi tam mühasirəyə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2017 11:52 Asia/Baku
  • Məscidül-Əqsa mühasirəyə alınıb
    Məscidül-Əqsa mühasirəyə alınıb

Sionist rejim hərbçiləri bu gün Məscidül-Əqsanın girişlərini bağlayıblar və bu məscidi tam mühasirəyə alıblar.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Qüds şəhərinin vəqflər idarəsi bir bəyanat yayaraq bildirib ki, sionist rejim hərbçiləri namaz qılanların Məscidül-Əqsaya daxil olmalarına yaxud məsciddən çıxmalarına imkan vermirlər. 

Sionist hərbçilər iddia edirlər ki, bir sıra fələstinli gənc Məscidül-Əqsaya hörmətsizlik edən sionist şəhərcik sakinlərini daşa basıblar və həmin fələstinlilər saxlanılmayınca Məscidül-Əqsanın girişləri yenidən açılmayacaq.