Misirli etirazçı müxbirlər həbs olunub
Misir təhlükəsizlik məmurları Qahirənin mərkəzində Jurnalistlər Birliyi ofisinin qarşısında Tiran və Sənafir anlaşmasına etiraz olaraq toplaşan onlarla müxbiri həbs ediblər.
Əl-Cəzirənin məlumatnıa görə, Misirlə Səudiyyə Ərəbistanı arasında dəniz sərhədlərinin çəkilməsi anlaşması haqda Misirin parlament komitəsinin qərarına etiraz edən jurnalistlər təhlükəsizlik məmurlarının kobudluğu ilə üzləşib və onlarla nəfər saxlanılıb.
Bu aksiya güclü təhlükəsizlik tədbirləri altında keçirilib və Misir təhlükəsizlik məmurları vətəndaşların bu etiraz aksiyasında iştirakının qarşısını almaq üçün Qahirədə Jurnalistlər Birliyi ofisinə bitişən bütün yolları bağlayıblar.
Misir Parlamentinin qanunvericilik komitəsi çərşənbə axşamı günü Tiran və Sənafir adalarının Səudiyyə Ərəbistanına verilməsinə dair iki ölkə arasında dəniz sərhədlərinin çəkilməsi anlaşmasını təsdiqləyib və onu parlamentin plenar iclasına göndərib.
Bu anlaşma komitənin 35 üzvü tərəfindən təsdiqlənib və yalnız səkkiz üzv ona qarşı çıxıb.
Misirin siyasi qrupları və partiyaları etiraz aksiyaları təşkil edərək bir müddət öncə Ali Məhkəmənin ləğvinə qərar verdiyi anlaşmanın araşdırılmasını pisləyiblər.
Bu partiyalar Misir quruluşunun devrilməsinə səbəb olacaq bu anlaşmanı təsiqləməyi xəyanət adlandırırlar.