Səudiyyəlilər Sənaya hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273266-səudiyyəlilər_sənaya_hücum_ediblər
Yəmənin paytaxtı Səna şəhərində yerli mənbələr Səudiyyə təcavüzkarlıarının hava hücumlarının ardınca güclü partlayış səsinin yayılmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2017 06:03 Asia/Baku
  • Səudiyyəlilər Sənaya hücum ediblər
    Səudiyyəlilər Sənaya hücum ediblər

Yəmənin paytaxtı Səna şəhərində yerli mənbələr Səudiyyə təcavüzkarlıarının hava hücumlarının ardınca güclü partlayış səsinin yayılmasından xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının hərbi təyyarələri bu gün səhər çağı bir neçə günlük fasilədən sonra Fəc Ətan məntəqəsini iki dəfə bombalayıblar. 

Səudiyyə təcavüzkarlarının dünən Yəmənin qərbində Hədidəyə qarşı hücumunda da iki mülki həlak oldu altı nəfər yaralandı. 

Səudiyyə Ərəbistanının hərbi təyyarələri həmçinin Sədə vilayətində Əzzahir qəsəbəsinə 4 dəfə hücum ediblər. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənin istefa vermiş prezidenti Əbd Rəbə Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə Yəmənə hərbi hücum edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. 

Bu hərbi təcavüz nəticəsində 12 min yəmənli həlak olub, on minlərlə yəmənli yaralanıb və milyonlarla insan didərgin düşüb.