Ümumdünya Qüds Günü; Sionist rejim qarşısında müqavimətin zəruriliyi
-
Mərvan Əbdülal
Livanda fələstinli fəallar sionist rejimin işğalçılıqları qarşısında fələstinlilərin müqavimətinin zəruriliyini vurğulayıblar.
İRNA-nın məlumatına görə, İranın Beyrutdakı Mədəniyyət Attaşeliyinin təşəbbüsü ilə və Ümumdünya Qüds Günü münasibəti ilə Bahis Fələstin Strateji Araşdırmalar Mərkəzində keçirilən tədbirdə Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin rəsmisi Mərvan Əbdülal deyib: Hal-hazırda Fələstin məsələsi regionda zəifləmiş durumdadır və müqavimət və terrorizm arasında məna dəyişmişdir.
Fələstin İslam Cihadı Hərəkatının Livandakı nümayəndəsi Əbu İmad əl-Rifai də bu toplantıda bildirib: Bu gün Fələstin təhdidlərlə üzləşib və təhlükə İsrail tərəfindən deyil, bəzi ərəb ölkələri tərəfindən təhlükə Fələstin və xalqını hədələyir. Buna görə, fələstinlilər müqaviməti gücləndirməklə İsraili məğlub etməlidirlər.
Fələstin İslam Müqaviməti Hərəkatının nümayəndəsi Əli Bərkə də deyib: Hal-hazırda Fələstin məsələsinin qarşısında iki yol vardır. İlk yol müzakirə və sazişdir və məğlubiyyətlə sonuclanıb. İkinci yol isə müqavimət yoludur və öz yetərliliyini isbat edib.
İran İslam Respublikası banisi İmam Xomeyninin (rə) təşəbbüsü ilə mübarək Ramazan ayının son cümə günü Ümumdünya Qüds Günü adlandırılmışdır. Belə ki, dünya müsəlmanları sionist rejimin irqçilik siyasətlərinə öz nifrətlərini bəyan etsinlər.