Xalq səfərbər qüvvələri; İraqın xilaskarı
İraq parlamentinin nümayəndəsi deyib: İraqın xalq səfərbər qüvvələri İraqı Amerika və Səudiyyə Ərəbistanının məkirli planlarından xilas etdilər.
İraq xəbər agentliyinin verdiyi məlumata görə, İraq parlamentində qanun dövləti fraksiyasının üzvü Firdövs Əl-Əvadi bu gün deyib: İraqın xalq səfərbər qüvvələri(Həşədüşşəbi) Səudiyyə Ərəbistanı və ABŞ kimi xarici dövlətlərin məkirli planlarını ifşa etməkdən əlavə, daxili planların da üstünü açdı, hansı ki İŞİD terrorçuları həmin planları icra etməli idilər.
Firdövs Əl-Əvadi deyib: İraqın xalq səfərbər qüvvələri ölkədəki siyasi prossesi qoruyub saxlaya bildi və eyni zamanda regiondakı müvazinətə təsir edə biləcək qüvvə olduğunu isbatladı.
İraqın Əhli-Həqq hərəkatının baş katibi Qeys Əl-Xəzəli də deyib: İraqda xalq səfərbər qüvvələri fəaliyyətdə olanadək düşmənlərin məkirli planlarından nigaran olmağa ehtiyac yoxdur.
İraqın xalq səfərbər qüvvələri 2014-cü il iyun ayında Mosulun süqut etməsinə və İraqın 6 vilayətinin böyük hissəsinin işğal edilməsinə səbəb olan İŞİD terrorçularının İraqa qarşı hücumlarının ardınca və İraq şiələrinin ali dini təqlid mərcəyi Ayətullah Sistaninin cihad fitvasından dərhal sonra təsis edildi.
İraqın bir çox ərazilərinin İŞİD-in işğalından azad edilməsində əsas rol oynayan bu təşkilat 2016-cı ildə İraq parlamenti tərəfindən ölkənini silahlı qüvvələrinin baş komandanının əmri altında fəaliyyət göstərən hərbi qurum kimi rəsmən tanındı.