İyun 27, 2017 12:34 Asia/Baku
  • Lavrov bildirib ki, Suriya ilə bağlı İran-Rusiya-Türkiyə həmkarlığı davam edəcək

Rusiyanın xarici işlər naziri Suriyada gərginliyin azaldılması məntəqələrinin yaradılması üzrə razılaşmanın tənzimlənməsi üzrə Moskva-Tehran-Ankara əməkdaşlığının davam edəcəyindən xəbər verib.

Rusiya Xarici İşlər Nazirliyinin vebsaytı bu gün belə xəbər verib: Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyada gərginliyin azaldılması məntəqələrinin yaradılması layihəsi texniki və hərbi detalların daha artıq araşdırılmasına ehtiyaclıdır və Astana müzakirələrinin növbəti mərhələsi iyul ayında keçiriləcək və bu zaman həmin məsələlər nəzərdən keçiriləcəkdir.

Lavrovun sözlərinə görə, Astana müzakirələrinin növbəti mərhələsində BMT-nin nümayəndələri, o sıradan bu təşkilatın baş katibinin Suriya məsələləri üzrə nümayəndəsi Stefan Di Mistura iştirak edəcəklər.

Ötən qışdan bəri əhatəli atəşkəs paktını qəbul edən suriyalı müxaliflər, həmçinin İran, Rusiya və Türkiyənin nümayəndələrinin iştirakı ilə Astana müzakirələrinin dörd etapı keçirilib.

Bu müzakirələrin dördüncü mərhələsində Suriyanın İdlib, Hums, Şərqi Qutə, Dəra və Qunəytrə vilayətlərinin bəzi məntəqələrində gərginliyin azaldılması üzrə dörd məntəqənin yaradılması barədə memorandum imzalanıbdır.

 

Teqlər