Livan sünni ruhanisi: Ərəbistan İsrailin siyasətlərini icra edir
İyul 08, 2017 10:12 Asia/Baku
-
Livan sünni ruhanisi: Ərəbistan İsrailin siyasətlərini icra edir
Livan Müsəlman Alimləri Cəmiyyətinin üzvü Səudiyyə Ərəbistanının sionist rejimin siyasətlərini icra etdiyini deyib.
Rəsa İnformasiya Agentliyinin məlumatına görə, Livan Müsəlman Alimləri Cəmiyyətinin üzvü Sühəyb Həbli ötən gün cümə namazı xütbələrində deyib: Ərəbistan Suriyada terrorizmi dəstəkləməklə bu ölkə hökumətini devirmək və Suriyada hərbi qüdrəti məhv etmək niyyətindədir. Çünki Suriya işğalçı sionist rejimi üçün böyük təhlükədir.