Yəmən qüvvələri səudiyyəlilərə divan tutdu
-
Yəmən qüvvələri səudiyyəlilərə divan tutdu
Yəmən ordusu və xalq qüvvələrinin Nəcranda əl-Zəbəə bazasına hücumu nəticəsində bir qrup səudiyyəli hərbçi öldürülüb.
Əl-Məyadin televiziyasının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri həmçinin şənbə günü katyuşa raketləri və toplardan istifadə edərək Nəcranda əl-Fəvaz bazasının qərbində səudiyyəli hərbçilərin mövqelərini və Siqam hərbi mərkəzinin komandanlıq binasını atəşə tutublar.
Təiz vilayətində 4 hərbi bazanın fərari və istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadinin muzdlularının işğalından xilas etmək də Yəmən ordusu və xalq qüvvələrinin digər uğurlu əməliyyatlarından biri olub. Bu döyüşlərdə də çoxlu sayda muzdlu öldürülüb və ya yaralanıb.
Həmçinin Yəmən ordusu və xalq qüvvələrinin Marib vilayətində 3-ci hərbi diviziya komandanlığına hücumunda 4 muzdlu öldürülüb.
Səudiyyə Ərəbistan ABŞ-ın dəstəyi ilə istefa vermiş prezident Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaq məqsədilə 2015-ci il mart ayından Yəmənə hücumlara başlayıb. Bu hücumlar nəticəsində minlərlə yəmənli həlak olub, yaralanıb və milyonlarla nəfər didərgin düşüb.