İyul 10, 2017 10:21 Asia/Baku
  • Casim Əl-Bəyati
    Casim Əl-Bəyati

İraqlı bir rəsmi deyib: Səudiyyə Ərəbistanı İraqı Qətərə qarşı mövqe tutmaq məcburiyyətində qoymağa cəhd göstərir, Bağdad isə Səudiyyəlilərin istəyinə yox cavabı verib.

21 xəbər agentliyinin verdiyi məlumata görə. Əddəvə partiyasının rəhbərlərindən olan Casim Əl-Bəyati dünən bu agentliyə verdiyi müsahibədə deyib: İraqın baş naziri Heydər Əl-İbadi Mosulun bərpası qarşılığında Qətərə qarşı mövqe tutmaq üçün Səudiyyə Ərəbistanı tərəfindən təzyiq altındadır. 

Casim deyib: Əl-İbadi Səudiyyə rejiminin bu istəyinə qarşı çıxıb ona görə ki, səudiyyəlilər Əl-İbadinin Səudiyyə Ərəbistanına gözlənilən 19 iyun səfərindən Dohaya qarşı faydalanmaq niyyətindədirlər. 

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn 5 iyunda bir bəyanatda Qətər ilə diplomatik əlaqələri dayandırdıqlarını bildirdilər. 

Teqlər