İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276000-İordan_çayının_qərb_sahilində_2_fələstinli_şəhid_olub
Sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində Cənin şəhərinə hücum edib. Nəticədə iki fələstinli şəhid olub və üç nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 05:31 Asia/Baku
  • İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub
    İordan çayının qərb sahilində 2 fələstinli şəhid olub

Sionist rejim hərbçiləri ötən gecə İordan çayının qərb sahilində Cənin şəhərinə hücum edib. Nəticədə iki fələstinli şəhid olub və üç nəfər də yaralanıb.

İRNA-nın məlumatına görə, ötən gün də işğal olunmuş ərazilərdə yerləşən Beyt-İshaqda bir fələstinli gənc sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. 

Sionistlər Fələstin ərazilərində öz ekspansionist məqsədlərinə çatmaq üçün həmişə fələstinlilərə hücum edirlər. 2015-ci il oktyabr, yəni Qüds İntifazəsi başlandıqdan sonra bu hücumlar artmışdır. Nəticədə 320 fələstinli şəhid olmuş, bir qrup fələstinli yaralanmış və ya həbs olunmuşdur.