Sionist rejim hərbçiləri Qərb Sahilində Press TV-nin müxbirini oğurlayıblar
Sionist rejim hərbçiləri terrorçu bir hərəkətdə Qərb Sahilində bir yoxlama məntəqəsinə basqın edərək, Press TVnin Nəqqa Hamed adlı müxbirini oğurlayıb, naməlum yerə aparıblar.
Nəqqa Hamid çəkiliş qrupu ilə birlikdə hərəkətdə olarkən, sionist rejim hərbçiləri onları Beytləhmin cənub-şərqində, Tuqu yaxınlığında yerləşən nəzarət məntəqəsində saxlayıblar. Onun həmkarlarından biri Press TV-yə bildirib ki, İsrail qüvvələri qrupu yoxladıqdan sonra Nəqqa Hamedi oğurlayıb, çəkiliş qrupunun digər üzvlərini isə sərbəst buraxıblar.Fələstinli jurnalist son bir ay ərzində social şəbəkədə sionist hesablar tərəfindən hücumlara və qaralama kampaniyasına məruz qalmışdı. Bu hesablar eyni məzmun və oxşar ifadələrdən istifadə edərək, Hamed əleyhinə media kampaniyasını gücləndirməyə çalışıblar.Sözügedən hesablar Nəqqa Hamedin İsrailin təhlükəsizlik nəzarəti altında olan “B bölgəsində” olmasına fokuslanaraq və onun İranın Press TV kanalı ilə əməkdaşlığını əsas gətirərək, "O, necə olur ki, hələ də həbs olunmadan İsrailin “arxa həyətində” fəaliyyət göstərə bilir?" kimi təhrikedici suallar irəli sürüblər. Onlar həmçinin iddia ediblər ki, Press TV İran hökumətinin rəsmi media orqanıdır. Bu addım, media qurumlarının fəaliyyət imkanlarını məhdudlaşdırmağa və Press TV-nin sionistlərin törətdiyi cinayətlərlə bağlı xəbərləri dünya ictimaiyyətinə çatdırmasının qarşısını almağa yönəlmiş məqsədyönlü psixoloji və media təzyiqi kampaniyasının bir hissəsi kimi qiymətləndirilir.