Yəmənə qarşı təcavüzkar hücumlar davam edir
-
Yəmənə qarşı təcavüzkar hücumlar davam edir
Səudiyyə Ərəbistanının təcavüzkar hərbi təyyarələri Yəmənin Səna vilayətində Əddəlimi bazasını bombalayıblar.
İRİB-in verdiyi məlumata görə, odru və xalq komitələrinin raket bölməsi bu gün Yəmənin cənubunda Şəbuh vilayətinin Əsilan bölgəsində Əssaq məntəqəsində Səudiyyə muzdlularının qərargahını Zilzal-1 raketi ilə hədəfə alıblar.
Yəmən qaynaqları bu raket hücumunun ehtimal olunan tələfatı barədə hələ məlumat yaymayıblar.
Yəmən ordusu və xalq komitələri bu gün Midi səhrasının şimalında Səudiyyə Ərəbistanına məxsus bir ədəd hərbi maşını dağıdıblar. Bu hücumda bir neçə təcavüzkar ölüb və yaralanıb.
Ali-Səud rejimi 2015-ci il mart ayından Amerika vəregionun bəzi ərəb ölkələrinin dəstəyi ilə Yəmənə hücum edib. Bu hücumlar nəticəsində indiyədək on minlərlə insan ölüb və yaralanıb.