Yəməndə vəba qurbanlarının sayı artır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276466-yəməndə_vəba_qurbanlarının_sayı_artır
Ümumdünya Səhiyyə Təşkilatı dünən bir hesabat yayaraq bildirib ki, indiyədək Yəməndə 1770 nəfər vəba xəstəliyi üzündən həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2017 04:59 Asia/Baku
  • Yəməndə vəba qurbanlarının sayı artır

Ümumdünya Səhiyyə Təşkilatı dünən bir hesabat yayaraq bildirib ki, indiyədək Yəməndə 1770 nəfər vəba xəstəliyi üzündən həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən indiyədək 338 min 969 yəmənli də ölkənin müxtəlif bölgələrində vəbaya yoluxub. 

İRNA-nın verdiyi məlumata görə, ÜST xatırladıb ki, Yəmən xalqı sağlam içməli sudan məhrumdur və bu da vəbanın yayılmasına səbəb olur. 

Səudiyyə Ərəbistanının Yəmənə qarşı hücumlarının və bu ölkənin infrasturuktur təsisatlarını xüsusiylə də içməli su şəbəkəsini dağıtması bu ölkədə vəba xəstəliyinin sürətlə yayılmasına səbəb olub.