İyul 18, 2017 20:14 Asia/Baku
  • Suriyada savaş; İŞİD terrorçuları geri oturdulur
    Suriyada savaş; İŞİD terrorçuları geri oturdulur

Suriya ordusu bütün cəbhə xətti boyunca terrorçulara ağır zərbələr endirərək, onları öz mövqelərindən geri çəkilməyə məcbur edir.

Rusiya Təl-Əvivin Suriyada təhlükəsiz zonaların yaradılması ilə müxalifət etməsini qəbuledilməz adlandırıb və İsrailin gətirdiyi arqumentlərin bəhanədən başqa bir şey olmadığını bildirib. Digər tərəfdən Suriya ordusu terrorçulara qarşı savaş meydanında yeni uğurlar əldə edərək, bir neçə neft quyusuna nəzarəti təmin edib.

 

Rusiya xarici işlər naziri Sergey Lavrov Təl-Əvivin regionda İranın nüfuzunun artması bəhanəsi ilə Suriyanın cənubunda təhlükəsiz zonanın yaradılması ilə bağlı Rusiya, ABŞ və İordaniya arasında əldə edilmiş anlaşma ilə müxalifətini rədd edərək, Təl-Əvivin bu anlaşmanın mətnindən xəbərdar olduğunu deyib. Savaş meydanında isə Suriya ordusu Rəqqənin ətrafında bir neçə neft quyusuna nəzarəti ələ keçirib. Suriya ordusu Rəsafə neft yatağına nəzarəti təmin etdikdən sonra, Rəqqənin cənub məntəqələrinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatını davam etdirir. Elə bu əməliyyatların davamında İŞİD terrorçuları neftlə zəngin daha 6 məntəqədən geri çəkilməyə məcbur olublar.

 

Suriyalı hərbçi:

Zəmlə və Fəhd daxil olmaqla neftlə zəngin 6 məntəqəni terrorçuların işğalından azad edərək, Deyrəzzur vilayətinin qərbinə daxil olmuşuq.

 

Digər tərəfdən ABŞ qırıcıları Rəqqə şəhərini bombalayaraq 22 mülkinin ölməsi və onlarla nəfərin də  yaralanmasına səbəb olublar.

 

Suriyalı hərbçi:

Amerikalılar terrorçuları himayə və şəhərləri bombalayaraq, günahsız insanları qırğın edirlər.

 

Amma, Homs vilayətində Rusiya qırıcıları terrorçuların avtomobil karvanını hədəfə alaraq, bir qrup terrorçunu məhv ediblər. Digər tərəfdən İŞİD terror qruplaşması bir bəyanat yayaraq, ötən 5 ildə müxtəlif ölkələrdən olan 58 mindən çox terrorçunun həlak olmasından xəbər verib.

 

Suriyalı hərbçi:

İŞİD məhv olmaq ərəfəsindədir. Onlar bu günlər böyük tələfatlar verirlər.

 

Palmira cəbhə xəttində də, Suriyalı qüvvələr Deyrəzzur vilayətinin cənub-şərq istiqamətində irəliləyərək, Huməymə məntəqəsindən keçərək, Səxnə şəhəri ilə yanaşı Tilo şəhərinə doğru irəliləyirlər.

 

Teqlər