Səudiyyə Ərəbistanı BMT təyyarəsinə mane oldu
Səudiyyə Ərəbistanının hərbi təyyarələri dünən gecə Birləşmiş Millətlər Təşkilatının yardımçı qruplar və jurnalistləri daşıyan təyyarəsinin Səna aeroportuna enməsinə mane olub.
İRNA-nın verdiyi məlumata görə, BMT-nin Yəmən üzrə humanitar məsələlər ofisinin sözçüsü Səudiyyə rejiminin bu hərəkətinin təəssüf doğurduğunu bildirərək deyib: Səudiyyə Ərəbistanının jurnalistlərin Sənaya daxil olmasına imkan verməməsi Yəməndəki böhranlı durumun dünya medialarında işıqlandırılmasına mane olub.
Yəmənin hava məkanı Səudiyyə Ərəbistanının bu ölkəyə hücum etdiyi 2015-ci il mart ayından bağlıdır.
BMT və onun digər qurumları dəfələrlə Səudiyyə Ərəbistanından Yəmənə humanitar yardımların göndərilməsi üçün bu ölkənin hava məkanını açmasını istəyiblər amma Səudiyyə rejimi indiyədək bu tələblərə etinasız yanaşıb.