Səudiyyə Ərəbistanı beynəlxalq terrorizmin mənbəyi
Yəmənin Ənsarullah Hərəkatının sözçüsü deyib: Birləşmiş Millətlər Təşkilatı səudiyyəlilərin Yəmənə qarşı cinayətlərinə göz yumaraq Ali-Səudun cinayət ortağına çevrilmiş olur.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, Məhəmməd Əbdüssalam Səudiyyə rejiminin Yəməndəki cinayətlərinin davam etdiyini xatırladaraq deyib: Səudiyyə Ərəbistanı beynəlxalq terrorizmin mənbəyidir.
Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı son cinayətində Təəz vilayətində yəmənli didərginlərin düşərgəsi hədəfə alınaraq 20 nəfər öldürüldü.
İndiyədək Səudiyyə rejiminini Yəmənə qarşı təcavüzü nəticəsində 12 min yəmənli həlak olub, on minlərlə insan yaralanıb və milyonlarla yəmənli didərgin düşüb. Yəmənin infrasturukturu isə tamamilə məhv edilib.
Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi təcavüzü həmçinin bu ölkədə ərzaq və dərman çatışmazlığına nəticədə aclıq və xəstəliyin geniş yayılmasına gətirib çıxarıb.