Həniyyə İslam və Ərəb ölkələri başçılarının fövqəladə iclasının keçirilməsini istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i276960-həniyyə_İslam_və_Ərəb_ölkələri_başçılarının_fövqəladə_iclasının_keçirilməsini_istədi
Həmas-ın siyasi bürosunun sədri Ərəb və İslam ölkələri başçılarının Əl-Əqsa məscidini himayə məqsədi ilə fövqəladə iclas keçirmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2017 10:50 Asia/Baku
  • İsmayıl Həniyyə
    İsmayıl Həniyyə

Həmas-ın siyasi bürosunun sədri Ərəb və İslam ölkələri başçılarının Əl-Əqsa məscidini himayə məqsədi ilə fövqəladə iclas keçirmələrini istəyib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, İsmayıl Həniyyə Ərəb və İslam ölkələri başçılarından istəyib ki, Əl-Əqsa məscidini müdafiə etmək üçün fövqəladə iclas təşkil etsinlər. Həniyyə Əl-Əqsa məscidi və Qüdsü müdafiə və himayə etmək üçün ümumi səfərbərliyin elan edilməsini istəyərək, bütün fələstinli qrupları aralarındakı ixtilaflara son qoyaraq, sionist düşmən qarşısında birlik və həmrəyliyə dəvət edib.