Suriya-Livan sərhədində yerləşən yüksəkliklərin azad edilməsi əməliyyatı başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277042-suriya_livan_sərhədində_yerləşən_yüksəkliklərin_azad_edilməsi_əməliyyatı_başlanıb
Suriyada yerləşən Əlqələmun və Livanda yerləşən Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 21, 2017 05:28 Asia/Baku
  • Suriya-Livan sərhədində yerləşən yüksəkliklərin azad edilməsi əməliyyatı başlanıb
    Suriya-Livan sərhədində yerləşən yüksəkliklərin azad edilməsi əməliyyatı başlanıb

Suriyada yerləşən Əlqələmun və Livanda yerləşən Ərsal yüksəkliklərinin azad edilməsi əməliyyatı başlanıb.

Əlməyadin telekanalının məlumatına görə, Suriya və Livan sərhədlərinin hər iki tayında gedən döyüşlərdə Suriya və Livanın ordu və Livan Hizbullahı qüvvələri iştirak edirlər.

Suriya-Livan sərhədində yerləşən məntəqələr son illərdə silahlı və terror qrupları, xüsusən Cibhətunnusrə-nin iştirakı səhnəsi olubdur.

Ötən bir neçə gün ərzində Livanın ordu və müqavimət qüvvələri Ərsal yüksəkliyində və ətraf məntəqələrdə olaraq, terrorçuların mövqelərinə qarşı geniş əməliyyat keçirməyə hazırlaşmışdılar.

Ərsal məntəqəsi Livanın şərqində və Suriya ilə sərhəddə yerləşir.