İyul 26, 2017 13:27 Asia/Baku
  • Trampın Livan Hizbullahına qarşı ədavətli mövqeyi
    Trampın Livan Hizbullahına qarşı ədavətli mövqeyi

Amerika prezidenti Ağ Evdə Hizbullahla müxalif və 14 mart qrupunun üzvlərindən olan Livanın baş naziri Səəd Əlhəriri ilə birgə mətbuat konfransında iddia edib ki, Livan Hizbullahı Yaxın Şərq regionu üçün bir təhdiddir.

Frans-Press-in məlumatına görə, Amerika prezidenti Donald Tramp dünən Livan Hizbullahının Suriya və Livanda Amerika tərəfindən dəstəklənən muzdlu təkfirçilərlə savaşdakı roluna məhəl qoymadan iddia edib ki, Hizbullah Livanın dövləti və xalqı üçün də bir təhdiddir.

Livanın baş naziri Səəd Əlhəriri Tramp Hizbullaha qarşı ədavətli mövqe tutarkən heç bir reaksiya göstərməyib. Halbuki Səəd Əlhəriri məhz Livan Hizbullahının baş katibinin xoşməramlılığı və həmkarlığı sayəsində bu ölkənin baş naziri olubdur.

 

Teqlər