Sionist rejimin ərazi mübadiləsi təklifi rədd edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278250-sionist_rejimin_ərazi_mübadiləsi_təklifi_rədd_edilib
Fələstin Muxtariyyəti sionist rejimin baş nazirinin İordan çayının qərb sahilində sionist sakinli qəsəbələrin işğal olunmuş Fələstindəki ərəb sakinli qəsəbələrlə mübadiləsi barədə təklifini rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 01, 2017 04:50 Asia/Baku
  • Sionist rejimin ərazi mübadiləsi təklifi rədd edilib
    Sionist rejimin ərazi mübadiləsi təklifi rədd edilib

Fələstin Muxtariyyəti sionist rejimin baş nazirinin İordan çayının qərb sahilində sionist sakinli qəsəbələrin işğal olunmuş Fələstindəki ərəb sakinli qəsəbələrlə mübadiləsi barədə təklifini rədd edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Muxariyyətinin başçısı Mahmud Abbasın müşaviri Nəbil Şəəs sionist rejimin baş naziri Benyamin Netanyahunun bu barədəki təklifinə münasibət bildirərərkən deyib: Qüds ilə yaşın xəttin daxilindəki başqa ərazilərin mübadiləsindən sonra deyil, sadəcə 1967-ci ilin sərhədləri daxilində Fələstin dövlətinin rəsmən tanınacağı təqdirdə ərazi mübadiləsi baş tutacaq. 

Fələstinli rəsmi deyib: Netanyahu belə bir təkiflə  işğal olunmuş ərazilər daxilində fələstinlilərdən xilas olmağı düşünür. 

Benyamin Netanyahu cümə günü Fələstin ilə yekun razılaşma çərçivəsində İordan çayının qərb sahilində sionist sakinli qəsəbələrlə işğal olunmuş ərazilərdəki ərəb sakinli qəsəbələrin mübadiləsini təklif edib.