Bağdad Kürdüstanda referenduma qarşıdır
İraq prezidentinin müavini bir daha rəsmi Bağdadın Kürdüstan bölgəsinin bu ölkədən ayrılmasına dair referendumun keçirilməsinin əleyhinə olduğunu bildirib.
İraq Kürdüstanı bölgəsinin İraqdan ayrılmasına dair referendumun ali şurası mərkəzi hökumətin bu qərara qarşı çıxmasına rəğmən iyulun 30-da bu qərarın həyata keçirilməsi üçün rəsmi Bağdadla müzakirələr məqsədi ilə bir heyət yaratmaq qərarından xəbər verdi.
İraq prezidentinin müavini Nuri Əl-Maliki Livanın Əl-Məyadin telekanalına verdiyi açıqlamada Kürdüstanın İraqdan ayrılmasına dair referendumun qanuni əsaslara malik olmadığını bildirib və deyib: Avropa ölkələri, Amerika, İran, Türkiyə və Ərəb ölkələrinin heç biri bu referendumun keçirilməsi ilə razılaşmır.
İraq prezidentinin müavini bəzilərinin Suriya və İraqı sionist rejimin mənafeləri istiqamətində parçalamaq planına toxunaraq bildirib: İraq və Suriya ordularının son qələbələri və Fars körfəzinin sahilyanı ölkələri arasında ixtilaflardan sonra terrorçuların zəifləməsi regionda balansı Bağdad və Dəməşqin xeyirinə dəyişib.