Əl-Xəlildə anti-İsrail aksiyasında bir neçə fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278654-Əl_xəlildə_anti_İsrail_aksiyasında_bir_neçə_fələstinli_yaralanıb
İordan çayının qərb sahilində, Əl-Xəlil şəhərində keçirilən anti-İsrail aksiyası sionist rejim hərbçiləri ilə fələstinlilər arasında toqquşma ilə nəticələnib. Toqquşmada bir neçə fələstinli yaralanıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Avq 04, 2017 15:34 Asia/Baku
  • Əl-Xəlildə anti-İsrail aksiyasında bir neçə fələstinli yaralanıb
    Əl-Xəlildə anti-İsrail aksiyasında bir neçə fələstinli yaralanıb

İordan çayının qərb sahilində, Əl-Xəlil şəhərində keçirilən anti-İsrail aksiyası sionist rejim hərbçiləri ilə fələstinlilər arasında toqquşma ilə nəticələnib. Toqquşmada bir neçə fələstinli yaralanıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri fələstinlilərə qarşı repressiya siyasətinin davamında bu gün cümə Əl-Xəlil şəhərində işğalçılıq əleyhinə aksiya keçirən fələstinlilərə hücum ediblər.

Fələstinli aksiya iştirakçıları sionistlərin Əl-Əqsa məscidinə olan son hücumlarını qınayıblar.

Bu məlumata görə, fələstinlilərlə sionist hərbçilər araısnda toqquşma baş verib. Beyt Əmr qəsəbəsində baş tutan toqquşmada onlarla fələstinlinin yaralandığı bildirilir.

Son günlər fələstinlilər tərəfindən İsrail əleyhinə keçirilən etiraz aksiyalarının repressiya edilməsi zamanı 17 fələstinli şəhid olub, 1400 nəfər isə yaralanıb.