Əl-Əqsa şəhidlərinin cənazələri ailələrinə təhvil verildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i278872-Əl_Əqsa_şəhidlərinin_cənazələri_ailələrinə_təhvil_verildi
İsrail rejimi Əl-Əqsa məscidini müdafiə uğrunda şəhid edilmiş 4 fələstinli gəncin cənazələrini ailələrinə təhvil veib. Bundan öncə sionist rejim bu 4 şəhidin cənazəsini girov saxlayaraq, ailələrinə təhvil verməkdən çəkinirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2017 15:19 Asia/Baku
  • Əl-Əqsa şəhidlərinin cənazələri ailələrinə təhvil verildi
    Əl-Əqsa şəhidlərinin cənazələri ailələrinə təhvil verildi

İsrail rejimi Əl-Əqsa məscidini müdafiə uğrunda şəhid edilmiş 4 fələstinli gəncin cənazələrini ailələrinə təhvil veib. Bundan öncə sionist rejim bu 4 şəhidin cənazəsini girov saxlayaraq, ailələrinə təhvil verməkdən çəkinirdi.

Əl-Əqsa məscidini müdafiə zamanı İsrail rejimi tərəfindən şəhid edilən 4 fələstinli gəncin cənazəsi sonda ailələrinə təhvil verildi. Bu gənclərin qanı sionist rejimi Əl-Əqsa məscidinin girişlərinə elektron qapıların quraşdırılması fitnəsindən geri çəkilməyə məcbur etmişdi. İndi də işğalçı rejim bu gənclərin cənazələrini ailələrinə təhvil verməyə məcbur olub.

 

Bu şəhidlərin dəfn mərasimində iştirak edənlərdən biri deyir: "Sionistlər qatil və cinayətkardırlar. Onların bütün fələstinlilər ilə düşməndirlər. Şəhadət hər bir fələstinlinin arzusudur və Allaha şükürlər olsun ki, bu gənclər öz arzularına çatıblar. Biz bu gənclər ilə fəxr edirik. Onlar özlərini Fələstinə fəda ediblər."

 

Bu şəhidlərdən ikisi Beyt-Ləhm, biri Əl-Xəlil, digəri isə Ramullah sakini idi. Onlar özlərini Əl-Əqsa məscidinə qurban verdilər. Minlərlə fələstinli bu 4 şəhidin dəfn mərasimində iştirak edərək, işğalçı İsrail rejiminə qarşı mübarizənin qələbəyə kimi davam edəcəyinə təkid edib. Müqavimət seçimi Əl-Əqsa məscidinin girişlərinə elektron qapıların quraşdırılması məsələsində çox təsirli oldu. Və sonda sionistləri geri çəkilməyə məcbur etdi.

 

Bir başqa fələstinli də sionistlərə qarşı mübarizənin qələbəyə kimi davam etdiriləcəyini vurğulayıb: "Biz sionistlərin cinayətlərini cavabsız qoymayacağıq və Əl-Əqsa məscidinin azad ediləcəyi zamana kimi mübarizəni davam etdirəcəyik."

 

Bu 4 fələstinli şəhidin dəfn mərasimində iştirak edən fələstinlilər bir daha Fələstinin azad ediləcəyi zamana kimi mübarizənin davam etdiriləcəyini vurğulayıblar.