İraqlı qüvvələrin İŞİD-in mövqelərinə hücumları güclənib
-
İraqlı qüvvələrin İŞİD-in mövqelərinə hücumları güclənib
Tələfərin azad edilməsi əməliyyatının komandanı deyib: İraq ordusu Tələfər ətrafında İŞİD terrorçularının mövqelərini darma-dağın edib.
İraqın müştərək əməliyyat qərargahının sözçüsü Tələfər bölgəsində İŞİD terrorçularının ilk müdafiə xəttinin dağılmasından xəbər verib.
İraq ordusu və xalq qüvvələrinin Tələfərdə İŞİD-ə qarşı əməliyyatı ilə eyni zamanda bu şəhərin mühasirəsi daha da daralıb.
İraqın federal polisinin komandanı general Raid Şakir Cövdət deyib: Polis qüvvələri Həşdüşşəbi bölmələrinin dəstəyi ilə dünən Tələfərin qərbində müəyyən əraziləri İŞİD terrorçularının işğalından azad ediblər. Cövdət iraqlı qüvvələrin irəliləyişinin davam etdiyini bildirib.
İraqın xalq səfərbər qüvvələrinin hərbi təşviqat qərargahı da bildirib ki, bu qüvvələr Tələfər bölgəsində müxtəlif kənd və hündurlükləri azad ediblər. Neynəvanın azad edilməsi əməliyyatının komandanı Əbdül-Əmir Yarəllah da deyib: Xalq səfərbər qüvvələri Tələfərin şərqində yerləşən Təllül-Səmbak kəndini azad ediblər və Zəmbər hündürlüklərinin cənub hissəsinə nəzarəti təmin ediblər.
Tələfərin azad edilməsi əməliyyatının komandanı Əbdül-Əmir Yarəllah deyib: İraqın müştərək qüvvələri bütün İraq ərazilərinin İŞİD terrorçularından tamamiylə təmizlənilməsinədək öz mübarizəsindən bir an belə dayanmayacaq. O deyib: İraq xalqının oğulları yüksək əhval-ruhiyyə ilə, sarsılmaz iradə və əzmkarlıqla irəliləməkdədir və Tələfərin mərkəzinə doğru bir neçə istiqamətdən düşmənin xətlərini qırmaqdan ibarət olan öz məqsədinə nail olmaqda biri-biri ilə yarış keçirirlər. Tələfərin azad edilməsi əməliyyatının başlanmasından sadəcə bir neçə saat sonra 9-cu zirehli diviziya, federal polis və Həşdüşşəbi qüvvələri 300 mülkini şəhərin cənub qərbindən çıxarıb.
İraqın baş naziri Heydər Əl-İbadinin əmri ilə bazar günü Mosulun qərbində Tələfərin azad edilməsi əməliyyatına start verildi. Tələfər İŞİD-in əsas bazası və terrorçuların Suriyadan Mosula və əksinə gediş-gəliş yoludur. Bu istiqamətdən İŞİD-ə locestik yardımlarda göndərilir.
Hal-hazırda Mosulun qərbində Tələfər, Kərkukun cənubunda Həvicə və Əl-Ənbar vilayətinin qərbində Əl-Qaim şəhərləri terrorçu İŞİD qrupunun nəzarətindədir.