Yəmən xalqı qırğın edilir; dünya isə susur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281293-yəmən_xalqı_qırğın_edilir_dünya_isə_susur
Yəmənin İnsan Haqları Nazirliyi bildirib: Təcavüzkar Səudiyyə Ərəbistanı tərəfindən Yəmənə qarşı müharibə və bu ölkənin blokadaya alınması 247 min yəmənlinin ölümü ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2017 11:20 Asia/Baku
  • Yəmən xalqı qırğın edilir; dünya isə susur
    Yəmən xalqı qırğın edilir; dünya isə susur

Yəmənin İnsan Haqları Nazirliyi bildirib: Təcavüzkar Səudiyyə Ərəbistanı tərəfindən Yəmənə qarşı müharibə və bu ölkənin blokadaya alınması 247 min yəmənlinin ölümü ilə nəticələnib.

Livanın Əl-Əxbar qəzetinin verdiyi məlumata görə, Yəmənin insan haqları nazirinin müavini Beynəlxalq ictimaiyyətin susqunluğu sayəsində Yəmən xalqına qarşı qırğının davam etməsini bildirərək deyib: Yəmənin blokadaya alınması dərmanın olmaması, vəba və boğma kimi xəstəliklərin geniş yayılması, səmərəsiz qidalanmadan əmələ gələn xəstəliklərə səbəb olub və Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsi nəticəsində 247 min yəmənli həlak olub. 

Yəmənli rəsmi Səna hava limanının bağlı olduğuna görə 10 min xəstənin öldüyünü bildirərək deyib: 75 min yəmənli də müxtəlif xəstəliklərdən əziyyət çəkir ona görə ki, daxildə onların müalicəsi mümkün deyil və ölkədən çıxarılmalıdırlar. 

Yəmənin İnsan Haqları Naziri Ülya Feysəl Əbdül-Lətif də Səudiyyə Ərəbistanının ötən həftə 8 uşaqda daxil 16 mülkinin qətli ilə nəticələnən Ətab bölgəsinə qarşı son cinayətinə toxunaraq deyib: Səudiyyə təyyarələrinin Yəməndə yaşayış məntəqələrinə qarşı hücuma keçmələrinə, Səna aeroportunun fəaliyyətinin dayandırılmasına və Yəmənə humanitar və tibbi yardımların çatdırılmasının qarşısının alınmasına heç bir səbəb yoxdur. 

Beynəlxalq Əmək Təşkilatının Yəmən üzrə nümayəndəsi Əli Dehqan isə BMT-nin Yəməndə insan haqlarının pozulması faktlarının araşdırılması üçün təhqiqat komitəsinin yaradılması üzrə səylərindən xəbər verərək deyib: Səudiyyənin Əttan məntəqəsinə hücumları beynəlxalq qanunlar və insan haqlarına birbaşa ziddidr.

Yəmənin İnsan Haqları Nazirliyinin hesabatına görə, Səudiyyə hərbi təyyarələrinin 2015-ci ildə Yəmənə hücumu 10 min 373 yəmənlinin ölümünə səbəb olub. Ölənlər arasında 2 min 130 uşaq və min 813 qadın da olub.