Sen 03, 2017 10:12 Asia/Baku
  • Barzani iddia edir: Kərkük İraq Kürdüstanına aiddir

İraq Kürdüstanı yerli hakimiyyət başçısı Məsud Barzani neftlə zəngin olan Kərkük vilayətinin İraq Kürdüstanı məntəqəsinə aid olduğunu iddia edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Məsud Barzani şənbə günü Skay Press ilə müsahibədə deyib: İraq Kürdüstanı referendumun keçirilməsindən sonra İraqın mərkəzi hökuməti ilə sərhədlərin təyin edilməsi o cümlədən Kərkük barədə danışıqlar aparmağa hazırdır. 

Barzani Ərbilin Kərkük vilayətindən vaz keçməyəcəyini deyərək, Kərkük vilayətinin İraq Kürdüstanına aid olduğunu iddia edib.

Kərkük vilayət şurası da ötən çərşənbə axşamı günü Kərkük Vilayətinin İraq Kürdüstanına birləşdirilməsi və İraq Kürdüstanının İraqdan ayrılması referendumunda iştirak barədə qərar qəbul edib. Ərəb və Türkmən nümayəndələr bu məsələyə qarşı çıxıblar. 

Rəsmi Bağdad habelə region ölkələri İraq Kürdüstanının bu qərarını təhrikedici hərəkət adlandırıb və onu qınayıblar. 

Teqlər