Əlibadi Əlhəvicə əməliyyatında iştirak edəcək bölmələri təyin edəcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281344-Əlibadi_Əlhəvicə_əməliyyatında_iştirak_edəcək_bölmələri_təyin_edəcək
İraqın daxili işlər naziri bildirib ki, bu ölkənin baş naziri Heydər Əlibadi Kərkükün cənubunda yerləşən Əlhəvicə əməliyyatında iştirak edəcək bölmələri təyin edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2017 04:48 Asia/Baku
  • Heydər Əlibadi
    Heydər Əlibadi

İraqın daxili işlər naziri bildirib ki, bu ölkənin baş naziri Heydər Əlibadi Kərkükün cənubunda yerləşən Əlhəvicə əməliyyatında iştirak edəcək bölmələri təyin edəcək.

İraqın daxili işlər naziri Qasim Ələrəci bu xəbəri verərək, əlavə edib: Təhlükəsizlik qüvvələri Təl-Əfərin azad edilməsindən sonra hazırda İŞİD-in bu şəhərin içərisində yerləşdirdiyi bombaları zərərsizləşdirməkdədir.

İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı Heydər Əlibadi son zamanlar bir bəyanat yayaraq, Təl-Əfərdə İŞİD-in yekun qələbəsini elan etdi.

İraqda Həşduşşəbi qüvvələrinin sözçüsü Əhməd Ələsədi də xalq qüvvələrinin Əlhəvicənin azad edilməsi əməliyyatında iştiraka hazır olmalarından xəbər verib.