Səudiyyəli hərbçilər; BMT-nin Yəməndəki nümayəndələri!
Yəmənin Ənsarullah Hərəkatının üzvü səudiyyə rejiminin cinayətləri qarşısında BMT-nin funksiyasını tənqid edib və deyib: BMT-nin bəzi nümayəndələrinin davranışı Ərəbistan hərbçilərinin hərəkətinə bənzəyir.
Yəmən Ənsarullah Hərəkatının üzvü Sadiq əl-Şərəfi çərşənbə axşamı günü Rəsa informasiya agentliyi ilə müsahibədə BMT-nin Ərəbistanla eyni istiqamətdə hərəkət etməsi ilə Yəmən vətəndaşlarının BMT-yə etimad etmədiyini bildirərək deyib: BMT-nin elçiləri Yəmən xalqının düşmənlərinin yanında əllərinə silah götürürlər.
Ənsarullah Hərəkatının üzvü təcavüzkarların hücumları və Yəmənin mühasirəyə alınması nəticəsində Yəmən xalqının acınacaqlı insan durumuna toxunaraq deyib: BMT elə bir halda insan haqlarından dəm vurur ki, bütün imaknlarla bu hücumları və təcavüzkarlığı dəstəkləyir və bu cinayətlərin qanuniliyinə şərait yaradır.