Fələstində ABŞ-ın ilk daimi bazası açılıb
-
Fələstində ABŞ-ın ilk daimi bazası açılıb
ABŞ hərbçilərinin işğal olunmuş Fələstin ərazilərində ilk daimi bazası bazar ertəsi günü açılıb.
İRNA-nın sionist KİV-ə istinadla verdiyi məlumata görə, amerikalı hərbçilərin Niqəb bölgəsindəki daimi bazasında canlı qüvvədən əlavə modern raket sistemi də yerləşdiriləcək.
Sionist rejim ordusunun Hərbi Hava Qüvvələrinin zabiti Zevika Haymoviç ABŞ-ın işğal olunmuş ərazilərdə hərbi bazasının yerləşdirilməsindən razılıq edərək deyib: Bu hərbi bazanın yerləşdirilməsində məqsəd İsrailin hərbi potensialının gücləndirilməsidir.
İşğal olunmuş ərazilərdə ABŞ-ın daimi bazasının yaradılması ilə yanaşı qeyd edək ki, bu ölkə hər il sionist rejimin hərbi strukturuna azı 3 milyard dollar əvəzsiz yardım edir. Sionistlər də bu yardımlardan region ölkələri və Fələstin xalqının repressiyası üçün istifadə edirlər.