Sen 22, 2017 12:40 Asia/Baku
  • İsrail qırıcıları Dəməşq hava limanının ətrafına hücum ediblər

Bəzi qeyri-rəsmi mənbələr İsrail qırıcılarının bu gün səhər Dəməşq Beynəlxalq Hava Limanının ətrafına raket zərbələri endirməsindən xəbər veriblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, qeyri-rəsmi suriyalı mənbələr bildiriblər ki, Dəməşq hava limanının yaxınlığına bir ədəd raket düşüb. Bu məlumata görə, Suriyanın hava hücumundan müdafiə sistemləri bu hücumun önlənilməsində uğurlu reaksiyaya malik olub. 

Suriya mənbələri bu raketin İsrail tərəfindən atıldığını deyirlər. 

İsrail ordusunun sözçüsü də bildirib ki, 6 ildən sonra ilk dəfə olaraq, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail qırıcılarına tərəf atəş açıb. 

Teqlər