Nəsrullah: Amerika daxil olmaqla istənilən düşmən qarşısında dayanacağıq
Sen 22, 2017 12:42 Asia/Baku
Livan Hizbullahının baş katibi Məhərrəm ayının ilk gecəsində təşkil edilmiş mərasimdə deyib: Müharibə istəməsək də, hücuma məruz qaldığımız təqdirdə, istənilən təcavüzkar qarşısında dayanacağıq. Hətta, bu təcavüzkar Amerika olsa belə.
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə axşamı Beyrutun cənubunda, Seyyidəşşühəda kompleksində keçirilən mərasimdə yüzlərlə Hüseyn əzadarı qarşısında deyib: Qarşımızda duran həç kim bizi qorxuda bilməz. Biz istənilən düşmən ilə, hətta, Amerika ilə belə üzləşməyə hazırıq.
Nəsrullah həqiqi mücahid və mbarizin öz şəri vəzifəsinə ən yaxşı formada əməl edən şəxs olduğunu bildirərək, Hizbullahın məhz belə olduğunu deyib.