İraq türkmənləri kürdlərin separatçılıq aktının boykot edilməsini istədilər
-
İraq türkmənləri kürdlərin separatçılıq aktının boykot edilməsini istədilər
İraqın Türkmən Cəbhəsi lideri deyib: Kərkük türkmənləri İraq Kürdüstanında keçirilən separatçılıq referendumunu boykot ediblər və referendumun nəticələrini tanımayacaqlar.
İRNA-nın Türkiyənin Anadolu informasiya agentliyinə istinadlı məlumatına görə, İraq Türkmən Cəbhəsinin lideri və İraq Türkmənlərinin bu ölkə parlamentindəki nümayəndəsi Ərşəd Salehi bazar günü axşam deyib: Kərkük türkmənləri bazar günü referendumda iştirak etməyəcəklər.
Ərşəd Salehi əlavə edib: Kərkükdə və digər məntəqələrdə türkmənlərin təhlükəsizliyinin təmin edilməsinə görə artıq mərkəzi hökumət məsuliyyət daşıyır və hökumət qüvvələri Kərkükdə kürd olmayan yerli sakinlərin təhlükəsizliyini təmin etməyə borcludur.
İraq Türkmən Cəbhəsinin lideri həmçinin deyib: Kərkükdə Kürd Partiyaları və Peşmərgəyə bağlı silahlı qüvvələr Türkmənlərin təhlükəsizliyini təmin etmirlər. Onlar, türkmənlər və kürdlər arasındakı siyasi ixtilaflara görə, sadəcə kürdləri himayə edirlər.
Bu arada bazar günü axşam saatlarında Kərkük gərgin anların şahidi olub və kürd paltarlı bir qrup silahlı şəxs şəhərin müxtəlif küçələrində yerləşiblər. Bəzi mənbələr İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzaniyə bağlı kürd yaraqlıları ilə İraq Kürdüstanı Vətən Partiyası qüvvələri arasındakı ilk toqquşmanın Kərkükün şimalında qeydə alındığını bildirirlər.
Həmçinin, bir təhlükəsizlik qaynağı İRNA-nın müxbirinə deyib: Kürd paltarı geyinmiş bir qrup silahlı bazar günü axşam Kərkük şəhərinin küçələrinə yerləşib. Amma, onların hansı qrupa bağlı olduqları haqda məlumat yoxdur. Çünki, paltarları Peşmərgələrin paltarlarına bənzəmir.
Livanın Əl-Məyadin informasiya kanalı da Rusiya Əl-Yəum telekanalına istinadla bildirib: İran İslam İnqilabı ilə müxalif olan əksinqilabçı kürd yaraqlıları bazar günü Kərkükə köçürülüblər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani son zamanlar deyib: Kürdüstanın İraqdan ayrılması ilə İran öz sərhədlərində təhlükəsizliyin təmin edilməsi və İraq Kürdüstanında fəaliyyət azadlığına malik olan əksinqilabçı kürd yaraqlıları ilə mübarizənin aparılması məsələsini bir daha ciddi formada nəzərdən keçirəcək.