Ərbil Netanyahuya təşəkkür etdi
Sen 26, 2017 09:19 Asia/Baku
-
Ərbil Netanyahuya təşəkkür etdi
İraq Kürdüstanındakı Peşmərgə kürd yaraqlıları komandanı İsrailin baş naziri Benyamin Netanyahuya Ərbili himayə etməsinə görə təşəkkür edib.
Sirvan Barzani bazar ertəsi günü axşam İraq Kürdüstanında keçirilən separatçı referendumun ardınca İsrailin baş nazirinə təşəkkür edərək, Təl-Əvivin İraq Kürdüstanını himayə etməsini Ərbil üçün ruhlandırıcı amil adlandırıb.
Netanyahu İraq Kürdüstanının separatçı hərəkətlərini dəfələrlə himayə edib.
İraq Kürdüstanında separatçı referendum bütün beynəlxalq və regional etirazlara rəğmən İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsur Barzaninin israrı ilə təyin edildiyi tarixdə, 25 sentyabrda keçirildi.