Bəhreyndə şiələrə qarşı repressiyalar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283943-bəhreyndə_şiələrə_qarşı_repressiyalar_davam_edir
Ali-Xəlifə hərbçiləri 63-cü həftə olaraq, Manamanın Əldiraz məntəqəsinin mühasirəsini şiddətləndirərək, bu məntəqədə şiələrin cümə namazı qılmalarına mane olurlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2017 18:01 Asia/Baku
  • Bəhreyndə şiələrə qarşı repressiyalar davam edir
    Bəhreyndə şiələrə qarşı repressiyalar davam edir

Ali-Xəlifə hərbçiləri 63-cü həftə olaraq, Manamanın Əldiraz məntəqəsinin mühasirəsini şiddətləndirərək, bu məntəqədə şiələrin cümə namazı qılmalarına mane olurlar.

Bəhreynin xəfiyyə qüvvələrinin mühasirədə olan Əldiraz məntəqəsində cümə namazının qılınmasını əngəlləmələrinin ardınca İmam Sadiq(ə) məscidinə gələn namazqılanlar bu gün də öz namazlarını fərdi şəkildə qılmağa məcbur olublar.

Belə bir halda, Hüseyn(ə) Tasuası və Aşurası ilə bir zamanda Bəhreynin xəfiyyə qüvvələri bu ölkənin bəzi məntəqələrinə basqın edərək, Aşura təzahürlərini yığışdırmağa başlayıblar. Hətta Bəhreyn rejimi bu ölkə şiələrinin rəhbəri Şeyx İsa Qasimin adını hüseyniyyələrdə çəkməyi belə qadağan edibdir.