Şeyx İsa Qasimə dəstək aksiyasına çağırış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284017-Şeyx_İsa_qasimə_dəstək_aksiyasına_çağırış
Hüseyn Aşurasının gəlib çatması ilə bir zamanda Bəhreynin paytaxtı Manama şəhərində "Əlduraz gəncləri hərəkatı" tanınmış bəhreynli din xadimi Şeyx İsa Qasimə dəstək istiqamətində aksiyanın keçirilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 01, 2017 07:21 Asia/Baku
  • Şeyx İsa Qasimə dəstək aksiyasına çağırış

Hüseyn Aşurasının gəlib çatması ilə bir zamanda Bəhreynin paytaxtı Manama şəhərində "Əlduraz gəncləri hərəkatı" tanınmış bəhreynli din xadimi Şeyx İsa Qasimə dəstək istiqamətində aksiyanın keçirilməsini istəyib.

Bəhreynin paytaxtı Manama şəhərinin mühasirədə olan Əlduraz məntəqəsindəki inqilabçı qruplardan olan "Şəbab əl-Duraz" hərəkatı("Əlduraz gəncləri hərəkatı") bildirib ki, Şeyx İsa Qasimə dəstək aksiyası bazar günü keçiriləcək.

"Əlduraz gəncləri hərəkatı" Aşura mərasiminin keçirilməsinin bərpası və Bəhreyn inqilabının zalımlara qarşı olan anlamlarına sədaqət zərurəti hədəfilə xalqın bütün təbəqələrini bu aksiyada geniş iştiraka çağırıb.

Belə bir halda, Hüseyn(ə) Tasuası və Aşurası günləri ilə bir vaxtda Bəhreynin xəfiyyə qüvvələri bu ölkənin bəzi məntəqələrinə basqın edərək, Aşura təzahür və simvollarını yığışdırmağa başlayıblar. Hətta Bəhreyn rejimi Şeyx İsa Qasimin adının hüseyniyyələrdə çəkilməsini belə qadağan edibdir.