Əlhəvicənin şimal-şərqində daha iki kənd azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284193-Əlhəvicənin_şimal_şərqində_daha_iki_kənd_azad_edilib
İraqda xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi qüvvələri bu ölkə ordusunun hava qüvvələrinin dəstəyilə Əlhəvicədəki strateji Əlbəşir kəndinin yaxınlığında yerləşən daha iki kəndi azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 03, 2017 10:29 Asia/Baku
  • Əlhəvicənin şimal-şərqində daha iki kənd azad edilib
    Əlhəvicənin şimal-şərqində daha iki kənd azad edilib

İraqda xalq səfərbər qüvvələri- Əlhəşduşşəbi qüvvələri bu ölkə ordusunun hava qüvvələrinin dəstəyilə Əlhəvicədəki strateji Əlbəşir kəndinin yaxınlığında yerləşən daha iki kəndi azad ediblər.

Əlhəşduşşəbi qüvvələri Əlhəvicə şəhərində irəliləyərək, bu şəhərin şimal-şərqində yerləşən Təl-Əlcəval və Qızıl Təpə kəndlərini azad edə və təkfirçilərə böyük xəsarətlər vura biliblər.

Əlhəvicənin azad edilməsi əməliyyatının komandanı Əbdulamir Yarəllah dünən Əlzəba hava limanına nəzarətin ələ alınmasından, eləcə də 45 kəndin və Əlrəşad məntəqəsinin azad edilməsindən xəbər vermişdi.