Okt 08, 2017 12:39 Asia/Baku
  • Livanın təhlükəsizlik təşkilatı sionist rejimlə bağlı bir qrupu dağıtdı
    Livanın təhlükəsizlik təşkilatı sionist rejimlə bağlı bir qrupu dağıtdı

Livanın təhlükəsizlik təşkilatı sionist rejim ilə əlaqədə şübhəli bilinən üç nəfərlik bir qrupun dağıldığını açıqladı.

Əlməyadin telekanalının məlumatına görə, bu qrupun üzvləri Beyrutun cənubunda yerləşən şiə sakinli Zahiyyə məntəqəsindəki Əlbəracinə qülləsilə Livanın Cəbəl vilayətində yerləşən "Diyr Hubəl" məntəqəsinədək olan bir ərazidə fəaliyyət göstəriblər ki, Livanın təhlükəsizlik qüvvələrinin sayıqlığı ilə aşkarlanaraq, həbs olunublar.

Bu qrupun dağıdılması və onun üzvlərinin həbs olunmaları Livanın təhlükəsizlik qüvvələrinin MOSSAD-ın tabeliyində olan casuslarla mübarizədəki ən yeni nailiyyətlərindən sayılır.

Yayılan məlumata əsasən, tutulmuş hər üç şəxs Livan vətəndaşıdır, amma Livan əslli olan şəbəkənin əsas başçısı işğal olunmuş Fələstin sakinidir.

Son zamanlar Livanın təhlükəsizlik qüvvələri bu ölkənin müxtəlif yerlərində çoxlu sayda MOSSAD casusunu həbs ediblər.

Teqlər