Nuri Əl-Maliki Kürdüstandakı referendumun ləğv edilməsinə çağırıb
-
Nuri Əl-Maliki
İraqın Milli Koalisiyasının rəhbəri Nuri Əl-Maliki Kürdüstan bölgəsindəki son referendumun ləğv edilməli olduğunu vurğulayaraq deyib: Referendum ləğv edildikdən sonra Ərbillə müzakirəyə hazırıq.
Mehr xəbər agentliyiinin Suməriyyə Nyusa istinadən verdiyi məlumata görə, Nuri Əl-Maliki ABŞ-ın Bağdaddakı səfiri Daqlas Al Silimanla görüşündə İraq Kürdüstanında keçirilən son referendumun qanunsuz olduğunu bildirərək deyib: Bu referendumun nəticələri ilə razılaşmağa lüzum yoxdur.
Al Silimanda bu görüşdə İraqın ərazi bütövlüyünün mühafizəsinin vacibliyini vurğulayıb.
Öncə də İraqın baş naziri Heydər Əl-İbadi İraq Kürdüstanı ilə müzakirələr üçün İraq konstitusiyasının əsas götürülməli olduğunu bildirərək demişdi ki, bu bölgənin konstitusiyaya sadiq qalaraq referendumun nəticələrini ləğv edəcəyi təqdirdə Ərbillə müzakirə mümkün olacaq.
İraqın mərkəzi hökuməti dünən İraq Kürdüstanının başçısı Məsud Barizanini ilə İraq prezidenti Fuad Məsumun müavinləri Osama Ənnəcifi və Əyad Əlavi arasında yaranmış problemlərin həlli üçün müzakirələrin tərzi barədəki razılaşmaya qarşı olduğunu demişdi.
Sentyabrın 25-də Məsud Barizaninin israrı nəticəsində İraq Kürdüstan bölgəsinin İraqdan ayrılması üzrə referendumun keçirilməsindən sonra İraqın mərkəzi hökuməti ilə bu bölgə başçıları arasında böhran qızışmışdır.