Okt 10, 2017 18:02 Asia/Baku
  • Ərriyad-ın müqavimət cəbhəsinə qarşı fitnələri davam edir
    Ərriyad-ın müqavimət cəbhəsinə qarşı fitnələri davam edir

Livanlı bir heyət bildirib ki, Ərəbistanın Fars Körfəzi məsələləri üzrə müşavir naziri Samir Əlsubhanın Hizbullah haqdakı son sözləri Ali-Səud-un müqavimət cəbhəsinə qarşı siyasətinin davam etməsindən xəbər verir.

İxtisar formasında "Ləqa əl-Əhzab" adlandırılan Livan milli şəxsiyyətləri, qüvvələri və partilyalarının koordinator heyəti bildirib ki, Samir Əlsubhanın Hizbullaha qarşı koalisiyanın yaradılmasına çağırışı, eləcə də bu hərəkata qarşı sanksiyaları alqışlaması Ərəbistanın düşmənçilik mövqeyini daha artıq üzə çıxarır.

"Ləqa əl-Əhzab" əlavə edib: Səud nazirinin bu mövqeyi ondan xəbər verir ki, Ali-Səud hökmranları müqavimətə qarşı fitnələri davam etdirirlər ki, müqavimətin və onun müttəfiqlərinin nüfuzunun qarşısını almış olsunlar. Bu siyasət Vaşinqtonun və Təl-Əvivin müstəmləkəçilik hədəflərini təmin edir.

"Ləqa əl-Əhzab" Ali-Səud hökmranlarının müqavimətə qarşı bu təxribatçılıq rolunu terrorçuluq təfəkkürünün dünyaya ixrac olunması siyasətinin davamı adlandırıb.

Teqlər