ABŞ Suriyada sivilləri hədəfə alır
İraq və Suriya silahlı qüvvələri iki ölkə sərhədlərində İŞİD terrorçularının son sığınacaqlarına qarşı yekun əməliyyata hazırlaşırlar.
İraq ordusu Suriya ilə sərhəd məntəqədə yerləşən və İŞİD terrorçularının nəzarəti altında olan sonuncu əraziləri o cümlədən Qaim və Ravi qəsəbələrini azad etməyə hazırlaşır. Suriya ordusu isə İraq ilə sərhəd məntəqədə İŞİD terrorçularının nəzarəti altında olan sonuncu ərazinin yəni Deyrəzzurun Bukəmal qəsəbəsinin azad edilməsinə hazırlaşır.
Hazırda bu iki ölkənin sərhəd məntəqələrində çox az və məhdud ərazi terrorçuların nəzarəti altındadır.
Hüsur. Deyrəzzurun ən izdihamlı guşəsi. Bu məntəqə sakinləri bir müddət öncə terrorçuların mühasirəsindən azad edilməyin şirinliyini təcrübə etmişdilər. Amma, son zamanlar ABŞ qırıcılarının raket hücumları onların dərdini yenidən təzələyib.
Şəhər sakinlərindən biri deyir: “Dəqiqən bura düşdü. Bura nə hərbi bazadır, nə də burda yaraqlı yoxdr. Burda sadəcə mülki əhali var.”
Bir başqa şəhər sakini isə deyir: “Bizim günahımız nədir? Nə üçün bizi qırırlar?”
Təkfirçilərin mühasirəsi və amansız hücumlarından qurtulmağı bacaran Deyrəzzur sakinləri indi ABŞ qırıcılarının şəhid etdiyi 25 nəfər üçün yas saxlamalı, yaralıların acısını paylaşmalıdır.
Hadisə qurbanlarından birinin anası deyir: “Mən bir anayam. İndi kimə şikayət etməliyəm?”
Bir şəhid atası isə deyir: “Partlayış o qədər güclü idi ki, cəsədlərin hamısı parçalanmışdı.”
Hüsurdan bir neçə kilometr o tərəfdə isə Amerikan koalisiyasının terrorçular ilə mübarizəsindən əsər belə yoxdur. Xəştam və Tayibə kimi məntəqələri terrorçulardan azad edən də elə müqavimət qüvvələridir
Suriyalı hərbçilərdən biri bu barədə deyir: “Xəştamda vəziyyət çox ağır idi. Çünki, yaşayış evləri və terrorçuların sığınacaqları ilə dolu idi. Əhali zərər çəkməsin deyə xeyli ehtiyatlı olmalı idik.”
Əlməyadində isə müqavimət qüvvələri Məhəkanda öz mövqeyini möhkəmləndirdikdən sonra, Huriyə məntəqəsinə doğru irəliləməyə başlayıb.