İbrahim Cəfəri: Heç bir ölkə terrorizm təhlükəsindən uzaq deyil
-
İbrahim Cəfəri: Heç bir ölkə terrorizm təhlükəsindən uzaq deyil
İraqın xarici işlər naziri İŞİD-in terrorçu əməliyyatlara cəhd göstərməsi barədə xəbərdarlıq edərək deyib: İraqda bəzi bölgələrdə İŞİD-in nəzarətə alınması nəticəsində baş verənlər digər ölkələrdən də uzaq deyil.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın xarici işlər naziri İbrahim Cəfərinin ofisi bir bəyanat yayaraq bildirib ki, dünya terrorizm kimi ən təhlükəli problemlə üz-üzədir amma iraqlılar müxtəlif ölkələrdən İraqa toplaşan İŞİD terrorçuları ilə qarşılaşmaq və onlara qalib gəlməkdə qərarlıdır.
Cəfəri bəyanatda bildirib: İraqın silahlı qüvvələri ordu, polis, Həşdüşşəbi, peşmərgələr və tayfalar daxil tam vəhdət içində olmuşdur, bunun kənarında terrorizmin məğlubiyyətində rol oynayan siyasi mövqelərdə eyni istiqamətdə oldu və beləliklə İŞİD-in nəzarətində olan bölgələr azad edildi.
İrazın XİN rəhbəri bildirib ki, dünya bu təhlükədən qafil olaraq özünü üçüncü dünya müharibəsi ilə üz-üzə gördü və bu təhlükə istisnasız olaraq bütün ölkələri təhdid edir. Cəfəri bildirib: Qardaşlarımızdan və beynəlxalq ictimaiyyətdən İŞİD-in dağıtdığı şəhərlərin bərpasında kənarımızda durmalarını və bizə dəstək olmalarını istəyirik.