İraqın Əl-Qaim şəhərinin ətraf əraziləri azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285846-İraqın_Əl_qaim_şəhərinin_ətraf_əraziləri_azad_edilib
İraqın könüllü xalq qüvvələri Əl-Qaim şəhərinin cənub istiqamətində yerləşən ərazilərdən 9 kilometrini azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 28, 2017 17:59 Asia/Baku
  • İraqın Əl-Qaim şəhərinin ətraf əraziləri azad edilib
    İraqın Əl-Qaim şəhərinin ətraf əraziləri azad edilib

İraqın könüllü xalq qüvvələri Əl-Qaim şəhərinin cənub istiqamətində yerləşən ərazilərdən 9 kilometrini azad ediblər.

İraqın dövlət xəbər agentliyi bildirir ki, könüllü xalq qüvvələri Həşdüşşəbi yaydığı bəyanatda bu barədə məlumat verib. Bəyanatda deyilir: Könüllü xalq qüvvələrinin 46-cı batalyonu qərb istiqamətindən Əl-Qaim şəhərinə doğru irəliləyir və indiyə kimi terrorçulara ağır zərbələr endirməyə nail olub. 

İraq mənbələri həmçinin bildirirlər ki, Həşdüşşəbi və təhlükəsizlik qüvvələri Əl-Qaim şəhərinin mərkəzindən 5 km aralıda yerləşiblər. Bu qüvvələr şəhərin mərkəzinə ediləcək hücuma hazırlaşırlar. 

İraq ordusunun hava qüvvələri də öz hücumlarında onlarla terrorçunu öldürüblər. Həmçinin, terrorçulara məxsus 8 mərkəz bu hava hücumlarında dağıdılıb.