Terrorçulardan iri miqdarda buğda aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285915-terrorçulardan_iri_miqdarda_buğda_aşkar_edilib
Suriya ordusu Həmah vilayətində yerləşən Səlamiyyə məntəqəsinin ətrafında iri miqdarda buğda aşkar edib. Terrorçular buğdanı torpağın altında basdırıbmışlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 30, 2017 13:27 Asia/Baku
  • Terrorçulardan iri miqdarda buğda aşkar edilib
    Terrorçulardan iri miqdarda buğda aşkar edilib

Suriya ordusu Həmah vilayətində yerləşən Səlamiyyə məntəqəsinin ətrafında iri miqdarda buğda aşkar edib. Terrorçular buğdanı torpağın altında basdırıbmışlar.

Suriya ordusunun bölmələri və müttəfiq qüvvələr Həmah vilayətində yerləşən Səlamiyyə məntəqəsinin şərq ətrafındakı Əqirbat məntəqəsinin təmizlənməsi üzrə fəaliyyət zamanı İŞİD terrorçularının torpağın altında basdırdıqları iri miqdarda buğdanı aşkar ediblər.

İŞİD terrorçuları bu miqdarda buğdanı zəruri dövran üçün qida mənbəyi kimi torpağın altında basdırıbmışlar.

Suriya ordusunun zabitlərindən biri aşkar edilmiş buğdanın keyfiyyətini yüksək dərəcəli adlandırıb. Onun proqnozuna görə, bu məntəqədə torpağın altında basdırılmış buğdanın miqdarı üç tona çatır.

Bu suriyalı zabit əlavə edib: Terrorçuların buğdanın ehtiyat edilməsi üsulunun aşkar edilməsilə ordunun bütün bölmələri geniş bir məntəqədə fəaliyyətə başlayıblar.