Okt 31, 2017 18:51 Asia/Baku
  • Silahlı qruplar Dəməşq məntəqələrinə mərmi hücumları keçiriblər
    Silahlı qruplar Dəməşq məntəqələrinə mərmi hücumları keçiriblər

Suriyalı mənbələr silahlı qrupların Dəməşqin bəzi məntəqələrinə qarşı mərmi hücumlarından və on bir nəfərin yaralanmasından xəbər veriblər.

Suriya televiziyası xəbər verib: Silahlı qrupların Dəməşq şəhərindəki Ələmin prospektinə qarşı raket və mərmi hücumları nəticəsində beş sivil yaralanıb.

Belə bir halda, Dəməşq polisinin tabeliyində olan bir mənbə bildirib ki, silahlı qruplar Dəməşqin şərq hissəsində yerləşən Əlşağur və Ələbbasiyin məhəllələrini hədəfə alıblar. Nəticədə altı nəfər yaralanıb.

Bu qruplar öz mərmi hücumları ilə və gərginliyin azaldılması məntəqələri üzrə razılaşmanı pozmaqla Dəməşqdəki mənzillərə və ticarət mərkəzlərinə xəsarətlər də vurublar.

Bundan öncə də silahlı qrupların Cərmanə şəhərinə, eləcə də Dəməşq şəhərindəki İbn Əsakir, Əldəvilə və Əlzublətani məhəllərinə qarşı mərmi hücumları zamanı bir nəfər ölmüş, doqquz nəfər də yaralanmışdı.

 

 

Teqlər